İtaliyalı supermodel Vittoriya Çeretti istirahətindən fotolarını sosial şəbəkədə paylaşıb.
Bizim.Media xəbər verir ki, Hollivud ulduzu Leonardo Di Kaprionun 26 yaşlı sevgilisi gərgin həftəsonu keçirib.
O, hovuzda dincəlib, avtomobil sürüb, dəbli geyimlərini nümayiş etdirib, dağ mənzərələrindən həzz alıb.
Model kadrlara "Çimərlikdən dağlara" şərhini yazıb.
Vittoriyanın yanında 50 yaşlı sevgilisinin olub-olmadığı məlum deyil. Cütlük sonuncu dəfə bu ilin əvvəlində paparassilərə tuş gəlib. Daha sonra Los-Ancelesdəki meşə yanğınlarından xilas olaraq aktyorun valideynləri ilə birlikdə Meksikaya uçublar. Yeni il qabağı isə Sent-Bart çimərliyində şəkil çəkdiriblər.
Xatırladaq ki, Vittoriya Çeretti və Leonardo Di Kaprio iki ildir ki, birlikdədirlər. Ötən ilin sonunda cütlüyün nişanlanması ilə bağlı söz-söhbətlər internetdə aktiv şəkildə müzakirə olunsa da, aktyor bunları təkzib edib.
Məlumdur ki, Di Kaprio 25 yaşdan yuxarı qızlarla görüşmür, lakin Vittoriya yəqin ki, istisnadır, çünki yayın əvvəlində onun 27 yaşı tamam olacaq.
Model daha əvvəl DJ Matteo Milleri ilə evli olub. Onların boşanması və Vittoriyanın Di Kaprio ilə münasibəti eyni vaxtda məlum olub.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/18/1739871181_5305296616980342729.jpg)
- A-
- A
- A+
Şoutaym
13:36 / 18.02.2025
Di Kaprionun 26 yaşlı sevgilisindən tətil FOTOLARI
Hazırda oxunan: Di Kaprionun 26 yaşlı sevgilisindən tətil FOTOLARI
Hazırda oxunan: Di Kaprionun 26 yaşlı sevgilisindən tətil FOTOLARI
235321
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.