Bakı Lift-Təmir İstehsalat Birliyinin keçmiş rəisi Qüdrət Şükürovun bloger qızı Aysel Şükür açıqlaması ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, Aysel evlilikləri haqqında danışıb.
O, videolarının birində dediyi “18 yaşımla danışa bilsəydim, ona heç nəyə tələsmə, həyatını yaşa və qəti evlənmə deyərdim” fikrinə aydınlıq gətirib:
“Qızlar, mən burada ilk evliliyim haqqında danışıram ki, kaş 18 yaşında evlənməzdim…
Sırf bunu deyirəm. Amma ondan sonra qurduğum ikinci evliliyim (Oktay Əhmədovla olan evliliyi - red.) üçün peşman deyiləm, çünki o evlilik sayəsində tanındım, səhifəm böyüdü. Uğursuz evlilik ola bilər, amma evlənməyimə peşman deyiləm. Sadəcə düzgün insan seçimi etməmişəm…
İnsan gərək düşüncə tərzinə uyğun birini tapsın. Seçimlərim yanlış ola bilər, amma hər biri mənim həyatıma nəsə qatdı, eyni zamanda çox şey aldı. Onlar olmasaydı, mən bugünkü Aysel ola bilməzdim. Nəyəsə qulaq asanda, dinləyib öz aləminizdə “söz soxmağa” çalışmaq yerinə, dərs çıxarın. Mən burada qızıl dəyərində məsləhətlər verirəm!”.
Qeyd edək ki, Aysel birinci dəfə Elşən Ələsgərli adlı bəylə ailəli olub. Onun bu nikahdan bir oğlu var. İkinci dəfə Oktay Əhmədovla evlənib və əkiz oğulları dünyaya gəlib. Oktaydan da ayrılan Aysel ötən il eşq yaşadığı bəylə nikaha daxil olub.
Sara, Bizim.Media

- A-
- A
- A+
Şoutaym
21:28 / 17.02.2025
“İkinci evliliyim sayəsində tanındım”
Hazırda oxunan: “İkinci evliliyim sayəsində tanındım”
Hazırda oxunan: “İkinci evliliyim sayəsində tanındım”
235226
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.