Brilliant Dadaşovanın “qızım” dediyi Turanə kimdir? – VİDEO

Hazırda oxunan: Brilliant Dadaşovanın “qızım” dediyi Turanə kimdir? – VİDEO

235181

Xalq artisti Brilliant Dadaşova bir neçə gündür paylaşımları ilə diqqət çəkir. Belə ki, “qızım” deyə müraciət etdiyi Turanənin xeyir işindən görüntülər paylaşan sənətçi izləyicilərin marağına səbəb olub. 

İstifadəçilərdən kimisi Turanənin Dadaşovanın doğma qızı olduğunu, kimisi isə onu övladlığa götürdüyünü düşünüb. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Turanə Xalq artistinin evində çalışan xanımın övladıdır. O, bu gün B. Dadaşovanın villasından gəlin köçüb. 

Elə həmin anları da müğənni özü paylaşıb. Videoda sənətçinin həyat yoldaşı Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev də yer alıb. 

Qeyd edək ki, Turanə həm də 10 il əvvəl B. Dadaşovanın “Asiyanın ariyası” klipində rol alıb.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin