"Arif Quliyev koronavirus deyildi, beynində problem var idi"

Hazırda oxunan: "Arif Quliyev koronavirus deyildi, beynində problem var idi"

234949

"Mən də hamı kimi Arif Quliyevi ekrandan tanımışam. Onun aktyor kimi böyük sənətkar olduğu göz qabağında idi. Bir bədbəxtliyi var idi ki, rejissoru olmadı. Əgər Arif İtaliya, Fransa, İngiltərədə dünyaya gəlsəydi, oraların məşhur rejissorları ilə təmasda olsa idi, dünya şöhrətli aktyor olardı. Bunu çəkinmədən deyirəm. Arif Quliyevin rejissoru Azərbaycanda tapılsaydı, 10 dəfə daha qüdrətli obrazlar canlandırardı".

Bizim.Media axsam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Qorxmaz Əlilicanzadə "AStar" layihəsində Mərhum Xalq artisti Arif Quliyev haqqında danışarkən deyib.

O, 3 yaşında uşaqlar evinə tərk edilən A.Quliyevin doğma ailəsi ilə sonralar əlaqə saxlamaq istəmədiyini bildirib:

"O, qardaşlarını özünə yaxın buraxmırdı. Onun əsl anası ilə maraqlanıram ki, kimdir. Yaşadığı kəndi də bilirəm, amma oğlunun icazəsi olmadan deyə, bilmərəm. Amma Bakı kəndlərindən biridir. Onun hansı səbəbdən uşaq evində böyüməsini bilmirəm. O, insanlarda özünü axtarırdı ki, mən bu xasiyyəti hansı anadan-atadan almışam. Tapa bilmirdi. Onun çəkdiyi dərdləri bilsələr, hönkür-hönkür ağlayardılar".

Q.Əlilicanzadə bildirib ki, mərhum sənətçi oğlu Fəridin faciəli həyatına görə çətin dövrdən keçib:

"Çox dərd çəkirdi. Bəlkə də təklikdə ağlayıb, amma bunu görən olmayıb. O, dərdini insanlara göstərmək istəmirdi".

Q.Əlilicanzadə A.Quliyevin koronavirusdan deyil, başqa xəstəlik səbəbindən vəfat etdiyini açıqlayıb:

"Arif koronavirus deyildi, beynində problem var idi. Onun ciyərlərində soyuqdəymə yox idi.

Təzyiqi qalxıb-düşürdü. Sonra da ona qızdırma gəldi. Bəli, adını koronaviris qoyduq, amma evdə müalicə ala bilərdi. Arif inanmırdı öləcək. Orada da deyib-gülməyindən, zarafatından qalmırdı. Amma vəziyyət ciddiləşəndə o da dəyişdi. Elə bil Arif sağollaşıb getdi".

Xatırladaq ki, A.Quliyevin oğlu Fərid Quliyev 2000-ci ildə qəsdən adamöldürmə maddəsi ilə ittiham olunaraq həbs edilmişdi. 14 illik məhkumluq müddəti verilmiş aktyorun oğlu 2011-ci ildə əfv olunmuş, 2012-ci ildə isə vərəm xəstəliyindən dünyasını dəyişmişdi.

Qeyd edək ki, Arif Quliyev 2021-ci ildə 70 yaşında koronavirusdan vəfat edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin