“İbrahim Nisəyə deyib ki, gəl evlənək, Türkiyədə qal…” – VİDEO

Hazırda oxunan: “İbrahim Nisəyə deyib ki, gəl evlənək, Türkiyədə qal…” – VİDEO

234059

“Sovetlər zamanında Nisə Türkiyəyə getmişdi. İbrahim Tatlıseslə görüşmüş, onunla eyni səhnəni bölüşmüşdü. İbrahim bacımın ayaqlarının altında oturub ona təriflər söyləmiş, Türkiyədə qalmağı məsləhət görmüşdü. Amma bacım ona “baxarıq…” cavabını vermişdi”.

Bizim.Media “olay.az”a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımovanın bacısı Kövsər xanım “Afaqla 10lar” verilişinə müsahibəsində deyib.

Sənətkarın bacısı bildirib ki, N.Qasımova Türkiyədə olarkən türk sənət musiqisinin “imperator”u İbrahim Tatlıses ona evlilik təklifi edib:

“Bacım Nisə sonra gəlib mənə və anamıza dedi ki, İbrahim ona səni alıram, gəl biz evlənək və sən Türkiyədə qal söyləyib. Bacım isə cavabında ona demişdi ki, mən nə Türkiyədə qalanam, nə də ki sənə ərə gələn. Mən - Nisə Qasımova heç zaman vətənimi satmaram. Mən Azərbaycan qızıyam. Heç zaman bunu edə bilmərəm”.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin