"Evlənmişəm, bir övladım var".
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Ramal İsrafilov "Günaydın, Azərbaycan!" verilişində deyib. Sənətçi aparıcı Xoşqədəm Hidayətqızının "Səni evləndirək" sözlərinə belə reaksiya verib.
O bildirib ki, həyat yoldaşı ilə ayrılmayıb:
"Sadəcə, yalan yazıldı. Bir az qardaşım Valehi, bir az da məni vurdular. Bilmədim söhbət haradan çıxdı. Anam dedi ki, fikir vermə. Xanımım xalam qızıdır. Qısqanclıq hər yerdə olur. Gec gəlmələr ola bilər. Atam da yayılan yalan xəbərlərdən sonra şəkər oldu. Qardaşım Valehlə bağlı xəbər yayıldı, bibim Mələkxanım Eyubovanın adı hallandı".
Qeyd edək ki, Ramal xalası qızı Sevda ilə ailəlidir. Cütlüyün Liya adlı bir övladı var.
Bizim.Media