Tolikdən aşıq Zülfiyyənin oğlunun iddialarına CAVAB - VİDEO

Hazırda oxunan: Tolikdən aşıq Zülfiyyənin oğlunun iddialarına CAVAB - VİDEO

233890

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) aşıq Zülfiyyə İbadovanın müğənni oğlu Babəkin verilişlərin birində söylədiyi “Müğənnilərin əksəriyyəti restoranımızda yemək yeyib hesabı isə nisyə dəftərinə yazırlar” sözlərə sərt şəkildə reaksiya verib.

Bizim.Media olay-a istinadən xəbər verir ki, bu haqda Tolik aparıcısı olduğu “Tarixin bir günü” verilişində danışıb.

T.Əliyev məsələ ilə bağlı fikirlərini belə nəql edib:

“Müğənni deyəndə camaatın ağlına Aygün Kazımovadan tutmuş bir çox ifaçılar yadına düşür. Onlar heç zaman sizin restoranınızda olmayıblar. Deyin ki, bizim dostlarımız gəlib restoranımızda yemək yeyirlər... Amma demək ki, müğənnilər nisyə yazdırırlar, düzgün deyil.

Misal üçün mən sizin restoranınızın yerini tanımıram. İşlədiyim müğənnilərin heç biri yəni nə Aygün Kazımova, nə Röya Ayxan, nə Sevil Sevinc Səfərova bacıları orada olmayıb. Bu camiyə böyükdür. Amma ümumi danışmaq ki, gəliblər yeyiblər və pulu nisyə dəstərinə yazıblar, doğru deyil. Mən hara getsəm yediyim yeməyin pulunu ödəyirəm. Mən bəzi “ac qarın” müğənnilər kimi deyiləm, 20 manatlıq bir yeməkdən ötrü sosial şəbəkə hesabımda həmin məkanın reklamını paylaşım. İnsan bir şəxsiyyət olmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin