Rusiyanın Əməkdar artisti, məşhur aktyor Anatoli Xudoleyev 82 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə Komissarjevskaya Akademik Dram Teatrının mətbuat xidməti məlumat yayıb.
Teatrın məlumatına görə, Xudoleyev sonuncu dəfə noyabrın 15-də “Çulimskdə keçən yay” tamaşasında səhnəyə çıxıb. Aktyorun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Xudoleyev 1942-ci il iyulun 11-də Samara vilayətinin Çapayevsk şəhərində anadan olub. Qorki adına Kuybışev Dram Teatrının nəzdində teatr studiyasını bitirib və orada işləməyə başlayıb. Karyerası dövründə 50-dən çox tamaşada, o cümlədən bir sıra məşhur film və seriallarda çəkilib.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/07/1738912460_2.jpg)
- A-
- A
- A+
Dünya
11:13 / 07.02.2025
Əməkdar artist VƏFAT ETDİ – FOTO
Hazırda oxunan: Əməkdar artist VƏFAT ETDİ – FOTO
Hazırda oxunan: Əməkdar artist VƏFAT ETDİ – FOTO
233654
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.