Azərbaycanı “Avroviziya 2025" mahnı müsabiqəsində təmsil edəcək ifaçıların adı açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə İTV məlumat yayıb.
Məlumata görə, yarışmaya bu il iştirakçı kimi “Mamagama” qrupu gedəcək.
Qeyd edək ki, İsveçrənin Bazel şəhərində keçiriləcək yarışmada Azərbaycan birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Birinci yarımfinal mayın 13-də keçiriləcək.
Yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.
Bizim.Media