Xalq artisti Tünzalə Ağayeva yeni duetini təqdim etdi – VİDEO

Hazırda oxunan: Xalq artisti Tünzalə Ağayeva yeni duetini təqdim etdi – VİDEO

232739

Xalq artisti Tünzalə Ağayeva növbəti layihəsini sevənlərinin ixtiyarına verib.

Bizim.Media xəbər verir ki, pop ulduz bu dəfə bəstəkar, pianoçu, aranjımançı Bəbir Bəbirli ilə bir araya gəlib.
 

Sənətçilər ölməz bəstəkar Ramiz Mirişlinin repertuarına müraciət ediblər. Onlar “Səadət” mahnısını ifa ediblər. Yeni duet artıq bütün musiqi platformalarında və Xalq artisti Tünzalə Ağayevanın şəxsi “Youtube” kanalında yayımlanıb.


Qeyd edək ki, mahnının sözləri böyük şair Rəfiq Zəka Xəndan, aranjımanı isə Bəbir Bəbirliyə məxsusdur. Miks və masterinqi Emin Karim edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin