Xatun sevgilisindən DANIŞDI: “Vurulmuşam..”

Hazırda oxunan: Xatun sevgilisindən DANIŞDI: “Vurulmuşam..”

232658

Müğənni Xatun Əliyeva eşqə düşüb. 

Bizim.Media “axşam.az”a istinadən xəbər verir ki, sənətçi bu haqda "7 tamam verilişində danışıb. 

O bildirib ki, həyatında onu sevən bəy var:

"Mənə o huzuru veriblər. Aşıq olmaq deyəndə ki, vurulmuşam. İstəyirəm ki, məni sevən bəy məni özüm kimi sevsin. Məni dəyişdirməyə çalışmasın. Səhnədə olan xanımam. O məni illərdir ki, izləyir. Efirlərdə, kliplərimdə görüb.
 

Niyə axı sən gəlib məni dəyişdirirsən? Onsuz da mən dəyişməyəcəyəm. Məni özüm kimi sevib, dəyər verən həmin o bəyin yanında əlbəttə ki, özümü kraliça kimi hiss edirəm. O məni yaşadır və hər gün istəyirəm ki, gözəl olum. İstəyirəm ki, həyatımı gözəl yaşayım. Gözəllikləri özüm üçün yaradım. Buna da haqqım var". 


Xatun aparıcı Nanə Ağamalıyevanın "Toy olacaq?" sualına "Simic insanları sevmirəm. Burada söhbət puldan getmir. Pula xəsis olan kişi hər şeyin xəsisliyini edir. İnanın ki, o həm sənə verdiyi zamanın, sevginin, xoşbəxtliyin də xəsisliyini edir. Ona görə mənə belə insanlar lazım deyil. Toya ehtiyac yoxdur. Məni sevən insan məni yaşadacaqsa, sonu da elə toy olacaq. Yəni ciddiləşəcək" cavabını verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin