Miri Yusifi şantaj edən şəxsin MƏHKƏMƏSİ OLDU

Hazırda oxunan: Miri Yusifi şantaj edən şəxsin MƏHKƏMƏSİ OLDU

232465

Xalq artisti Miri Yusifi videolarını yayacağı ilə təhdid edərək, qarşılığında pul tələb edən şəxsin məhkəməsi olub.

Bizim.Media xəbər verir ki, bununla bağlı oxu.az-a Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndi məlumat verib.

"Bir neçə gün əvvəl saxlanılan şəxslə bağlı məhkəmənin ilkin iclası olub. Məhkəmədə həmin şəxsi bağışlamışıq", - deyə E.Əfəndi bildirib.

Xatırladaq ki, yanvarın 19-da naməlum şəxs "WhatsApp" sosial şəbəkəsi vasitəsilə Emin Əfəndiyə mesaj yazaraq Miri Yusifin videolarını yayacağı ilə təhdid edərək pul tələb etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin