Selena bu görüntülərə görə tənqid edildi: “Deportasiya olunsun!” – FOTO/VİDEO

Hazırda oxunan: Selena bu görüntülərə görə tənqid edildi: “Deportasiya olunsun!” – FOTO/VİDEO

232116

Meksika əsilli dünyaca məşhur müğənni Selena Qomez sosial şəbəkə hesabında paylaşdığı video ilə gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, o, instaqram hesabında ağlayaraq video paylaşıb.

İfaçı bunu ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın ölkədə yaşayan qanunsuz miqrantların kütləvi deportasiyası ilə bağlı qərarına görə edib.

Trampın meksikalı mühacirlərə qarşı verdiyi sərt qərarlarla bağlı göz yaşları içində açıqlama verən Qomez “Çox təəssüf edirəm. Bütün xalqım hücuma məruz qalır. Mən başa düşmürəm.

Bir şey etmək istərdim, amma bacarmıram. Nə edəcəyimi bilmirəm. Kaş nəsə edə biləydim.

Mən həqiqətən kədərlənirəm. Söz verirəm ki, əlimdən gələni edəcəyəm” sözlərini dilə gətirib.

Bunda sonra müğənni sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub, hətta onun deportasiya olunmasına da çağırış ediblər. Qomez pərəstişkarlarının reaksiyasından qısa müddət sonra videonu silib və digər paylaşımda "Görünür, insanlar üçün empatiya göstərmək düzgün deyil" sözlərini yazıb.

Qeyd edək ki, Tramp hazırda ABŞ tarixində ən böyük deportasiya əməliyyatını həyata keçirir.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin