Üzeyir Mehdizadə ilk dəfə ailəsindən DANIŞDI: 3 övladım...

Hazırda oxunan: Üzeyir Mehdizadə ilk dəfə ailəsindən DANIŞDI: 3 övladım...

231554

"Kiçik banketlərə yüksək qonorar verəndə belə getmirəm. Düz gəlmir, səhnə də olmur. Mənə pul önəmli deyil. Başqa ölkələrdən şirkətlər zəng vurur, dəvət edir. Həmin zaman mən bu kiçik məclisdəki görüntüyə görə onlardan böyük səhnə istəyə bilmərəm. Ona görə də belə kiçik məclisə getmirəm". 

Bizim.Media “axşam.az”a istinadən xəbər verir ki, bu sözləri müğənni Üzeyir Mehtizadə "Qonaqcanlı" verilişində deyib. 

O bildirib ki, banketlərdən gələn dəvətlərdən imtina edir.

Üzeyir aparıcı Aytəkin Mərdanovanın övladları ilə bağlı sualını cavabsız qoyub. İfaçı 3 övladı olduğunu təsdiqləsə də, bu haqda danışmaq istəməyib.  

"Burada ayıb heç nə yoxdur, amma danışmaq istəmirəm. Xasiyyətimlə bağlıdır. Əvvəldən beləyəm, sonradan dəyişməmişəm" deyə, müğənni bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin