Müğənni Aysun İsmayılova həyat yoldaşından boşanması ilə bağlı növbəti dəfə açıqlama yayıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, instaqramda videomüraciət paylaşıb.
"Bu açıqlamanı verməyi özümə borc bilirəm. Bəzilərinə maraqlı, bəzilərinə maraqsız ola bilər. Maraqsız olmağının tərəfdarıyam. Həyatda heç kəs heç nədən sığortalanmayıb. Allahın yazdığı taleyi heç kim dəyişə bilməz. Mənim qız övladım var, istəmirəm ki, belə şeylərlə gündəmə gəlim, çünki onun gələcəyi var. Son dəfə açıqlama verib bu söhbətin bağlanmağını istəyirəm.
Media nümayəndələrindən xahiş edirəm, bundan sonra da mənimlə, ailəmlə bağlı yazmasınlar.
Ramil Vəliyev mənim övladımın atasıdır, ona böyük hörmətim var. İki mədəni insan kimi ayrılıq qərarı almışıq, rəsmi boşanmamışıq, ərizə imzalayıb vermişəm" – deyə Aysun bildirib.
Qeyd edək ki, Aysun İsmayılova vəkil həyat yoldaşı Ramil Vəliyevlə 2 il əvvəl ailə qurmuşdu və onların Sevgi adlı qız övladı var.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:06 / 24.01.2025
Aysundan növbəti AÇIQLAMA: “İki mədəni insan kimi...” – VİDEO
Hazırda oxunan: Aysundan növbəti AÇIQLAMA: “İki mədəni insan kimi...” – VİDEO
Hazırda oxunan: Aysundan növbəti AÇIQLAMA: “İki mədəni insan kimi...” – VİDEO
231534
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.