Ayşe Barım SAXLANILDI

Hazırda oxunan: Ayşe Barım SAXLANILDI

231477

Son günlər adı qalmaqallarda hallanan, Serenay Sarıkaya və digər məşhurların meneceri olan Ayşe Barım saxlanılıb. 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun haqqında mətbuatda çıxan “Gəzi Parkı” hadisələrində iştirak etdiyinə dair iddialara görə istintaq başladılıb. 

Barımın “Gəzi Parkı” hadisələrində şübhəli bilinən Mehmet Osman Kavala və Memet Ali Alabora ilə sıx əlaqə saxladığı aşkar edilib. O, “Türkiyə Cümhuriyyətini devirməyə cəhd” ittihamı ilə saxlanılıb. Barımın ev və iş yerində axtarışlar aparılır. 
 

Xatırladaq ki, məşhurların çalışdığı “D İletişim” şirkətinin həmtəsisçisi Ayşe Barımın aktrisalardan birinin transseksual müğənni ilə sevgili olması görüntüsünü yaratmağa çalışdığı, hətta ondan bunun müqabilində 5 milyon dollar pul aldığı iddia edilib. Daha sonra isə əslində bunu adı açıqlanmayan iş adamının etdiyi ortaya çıxıb. 


Bundan sonra sosial şəbəkələrdə həmin şəxslərin bir müddət öncə münasibətləri başlayan Serenay Sarıkaya ilə müğənni Mert Demir olduğu barədə müzakirələr aparılıb.

Bildirilir ki, iş adamı sözügedən məbləği Ayşe Barım vasitəsilə Sarıkaya və Demirə çatdırıb. Məqsəd isə müğənninin PR-nın aparılması və karyerasında yüksəlişin əldə edilməsi olub. 

Məsələ ilə bağlı istintaq başlayıb. “5 milyon dollarlıq reklam eşqi” iddiaları ilə bağlı prokurorluğa çağırılan aktrisa Serenay Sarıkaya bu xəbərlərin əsassız olduğu bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin