Aysundan boşanma xəbərinə REAKSİYA – FOTO

Hazırda oxunan: Aysundan boşanma xəbərinə REAKSİYA – FOTO

231386

Müğənni Aysun İsmayılova həyat yoldaşından boşanması xəbəri ilə bağlı açıqlama yayıb. 

Bizim.Media xəbər verir ki, Aysun bu barədə instaqramda məlumat paylaşıb. 

“Ramil Vəliyev mənim övladımın atasıdır. Övladımın gələcəyi var, ona görə ailəmlə bağlı heç nə danışmaq istəmirəm. Susma haqqımı seçirəm! Əziz media nümayəndələri, sevənlərim, dostlarım hər birinizdən xahiş edirəm, mənə ailəmlə bağlı sual ünvanlamayın. Heç kim həyatından, seçimindən, qərarından sığortalanmayıb. Allah nə yazıbsa, onu yaşayırıq” – Aysun qeyd edib. 

Qeyd edək ki, Aysun İsmayılovanın vəkil həyat yoldaşı Ramil Vəliyevdən boşanması ilə bağlı məlumatlar yayılıb. Cütlük 2 il öncə ailə qurmuşdu və onların Sevgi adlı qız övladı var. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin