“Avroviziya” təşkilatçıları İsveçrənin Bazel şəhərində keçiriləcək müsabiqənin aparıcılarının adlarını elan ediblər.
Bu barədə Bizim.Media müsabiqənin rəsmi saytına istinadən xəbər verir.
Bu il yarışmanı İtaliya, Almaniya və İsveçrə telekanallarında fəaliyyətinə görə şöhrət qazanmış isveçrəli məşhur komediya ustası və teleaparıcı Hazel Brügger və təcrübəli teleaparıcı və müğənni, 1991-ci ildə keçirilmiş “Avroviziya”da İsveçrəni təmsil etmiş Sandra Ştruder aparacaq.
Bu il müsabiqə İsveçrənin Bazel şəhərindəki St.Yakobşalle arenasında təşkil olunacaq. Bundan başqa, şou proqramını birgə izləmək üçün şəhərdə “Arena Plus” adlanan xüsusi məkan yaradılacaq.
“Avroviziya”nın final mərhələsi mayın 17-də, yarımfinal mərhələləri isə 13 və 15 may tarixlərində keçiriləcək. Müsabiqədə dünyanın 38 ölkəsindən nümayəndələr iştirak edəcəklər.
Bizim.Media