Reza Zərrab özünə 3 gün 3 gecə toy etdi - FOTO

Hazırda oxunan: Reza Zərrab özünə 3 gün 3 gecə toy etdi - FOTO

230595

Tanınmış iş adamı Reza Zərrab ikinci dəfə evlənib.

Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, o, Mayamidə Dilara Altıntop adlı menecerlə nikaha girib.
 

Reza özünə 3 gün 3 gecə toy edib.


Dəbdəbəli mərasimdə türkiyəli müğənni Demet akalın və İbrahim Tatlıseslə keçmiş xanımı Derya Tuna da iştirak edib.

Ümumilikdə 150 nəfərin iştirak etdiyi toy 3 gün fərqli məkanlarda keçirilib. Birinci məclis lüks hotellərin birində baş tutub. Onlar ikinci gün Atlantik okeanında yaxta turuna çıxıblar. Həmin günün sonunda Reza ilə xanımının şərəfinə atəşfəşanlıq edilib.

Əsas toy məclisi isə Mayamidə “Vizcaya Museum and Gardens”də keçirilib. Məkanda konsept qırmızı rəng üzərində qurulub.

Cütlük fotosessiyadan sonra hotelə ağ rəngli retro maşınla gedib. Toydan öncə qonaqlara şəkil və video çəkilməməsi ilə bağlı xəbərdarlıq edilib. Məclisdən görüntülərin yayılmaması üçün bütün qonaqların telefonları öncədən əllərindən alınıb.

Qeyd edək ki, R. Zərrab daha əvvəl müğənni Ebru Gündeşlə evli olub, onların bir qızı var.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin