Xalq artisti Afaq Bəşirqızı "Şən gənc" verilişində iştirakçılara əsəbiləşib.
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, aktrisa iştirakçıların qayınana-gəlin mövzusunda səhnə hazırlamasını tənqid edib:
"Qayınana-gəlin problemini siz gənclər etməyin. Bizim nəsil bunu gördü. Siz gənc nəsil qlobal problemi yada salmayın. Bu mövzu aradan götürülsün. Bu qədər qayınana-gəlin mövzusu olmaz".
A.Bəşirqızı daha sonra bölgələrdə gənclərə film və teatr sahəsində məsləhət verənlərin olmamasından şikayətlənib:
"Uşaqların halına acıyıram. İstər maddi, istər mənəvi, istərsə də fiziki tərəfdən əziyyət çəkirlər. O boyda rayondan gəlib incəsənət universitetini bitirənlər var. Teatr, film işini bilən yoxdur desin bunu belə edin?".
Bizim.Media