"Gəlin niyə mənə qulluq etməlidir?"

Hazırda oxunan: "Gəlin niyə mənə qulluq etməlidir?"

229877

"Gəlini evimə gətirmədim. Toydan çıxdı öz evinə getdi. Bəzədik, dedik getsinlər xoşbəxt yaşasınlar. Mənə nə qulluq edəcək? Gəlin mənə qulluq etməyə gəlib? Həkim adamdır, getsinlər öz həyatlarını yaşasınlar".

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Bəsti Sevdiyeva "Həftənin qonağı" verilişində deyib.

Müğənni övladlarından danışıb.

B.Sevdiyeva dünyasını dəyişən həyat yoldaşından söz açıb:

"Onun yoxluğuna indi-indi öyrəşirəm. Tək həyat yoldaşı olmayıb, atam, əmim, dayım - elə bilirdim hamısı odur. Hər zaman hüzur içində olmuşuq".

Qeyd edək ki, B.Sevdiyevanın iki övladı var. Onun qızı ailəlidir və Türkiyədə yaşayır. Oğlu isə pandemiya ərəfəsində evlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin