Aktrisa Xuraman Əlizadə həyat yoldaşı Muraddan ayrılıb.
Bizim.Media titul.az-a istinadən xəbər verir ki, bunu Əməkdar artist özü bildirib.
O, hətta həyat yoldaşının evindən çıxıb, 8 yaşlı oğlu Əli ilə birgə kirayədə yaşamağa başlayıb.
Xuraman Əlizadə baş verənləri "Bu həyatda gərək mundar olasan, fədakarlıq bitdi!", - sözləri ilə izah etməyə çalışıb.
İddia edilir ki, aktrisanın həyat yoldaşı başqa bir qadınla sevgili olub. Bu baxımdan cütlük ailə münasibətlərinə son qoyub.
Bizim.Media