Elgiz: “Gəlin çimir, qayınata baxır" - VİDEO

Hazırda oxunan: Elgiz: “Gəlin çimir, qayınata baxır" - VİDEO

229297

Aparıcı Elgiz Əkbər “Şakir Paşa ailesi: Mucizeler ve Skandallar” serialını tənqid edib.

Bizim.Media olay-a istinadən xəbər verir ki, bu barədə o, “Elgizlə izlə” verilişində danışıb. Elgiz deyib ki, sözügedən ekran işində əxlaqsızlıq təbliğ edilir:

“Bir serial başlayıb, o qədər əsəbiləşmişəm. Yenidir, partlayacaq, mən birinci bölümünə baxmışam. Olmuş hadisədir, lakin serialdakı kimi olmayıb. Mən məlumatlıyam. Rejissor belə canlandırıb ki, bir ailə başçısıdır, çox zəngindilər, iki oğlu, iki qızı var, qızları ərdədir. Oğlunun biri xaricdədir, təhsil alır. Atasına zəng edir ki, gəlirəm, amma tək deyiləm, italyan qızıla evlənmişəm, bir uşağım var. Anasını “Muhteşem Yüzyıl”da Hürremi oynayan qadın (Vahide Perçim – red) canlandırır, o biri “Hürrem” də (Meryem Üzerli – red) orada olacaq. Ən məşhur aktyorlar hamısı oradadır. Atası əsəbiləşir, anası deyir ki, olan olub keçən keçib, bilmirik qızı görməmişik. Atası razılıq verir ki, qarşılayın, mənə arxayın olmayın. Süfrə açırlar, bunları qarşılayırlar. Bir italyan qızdır, dünya gözəlidir, qucağında da uşaq gəlirlər evə. Bacıları, anası görüşdü. Süfrə başındadırlar, ata onlara baxmır, diqqət etmir. Evləri dənizin kənarındadır, gəlin dənizdə çimir. Bu vaxt qayınata orada keçir. Kişinin yanında it var, həmin köpək gedir qızın paltarını oradan götürür qaçırdır. Kişi də kolun dibində giozlənib çıxa bilmir ki, guya qayınatadır da. Qız sudan çıxır, bunun halı xarab olur... Biabırçılığın, əxlaqsızlığın təbliğatına baxın. Özü də bu filmə milyonlar qoyulur. Burada müsbət tərəf nədir? Bu kişinin beyni çönür, birinci bölümdən vurulur. Mən şoka düşdüm, əsəbiləşdim, biri btiir, biri başlayır”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin