Azər Baxşəliyevin böyrək əməliyyatı gecikdirilib?

Hazırda oxunan: Azər Baxşəliyevin böyrək əməliyyatı gecikdirilib?

228846

Qeyd edək ki, sosial şəbəkələrdə Azər Baxşəliyevin böyrək əməliyyatının gecikdirilməsi ilə bağlı iddialar yer alıb. Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi (ODTKM) səsləndirilən bu iddialara cavab verib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bildirilib ki, aktyor Azər Elxan oğlu Baxşəliyev 20 fevral 2024-cü ildə Mərkəzdə böyrək çatışmazlığı ilə əlaqədar qeydiyyata düşüb.

"2024-cü ilin oktyabrın 3-ü qohum olmayan canlı donorla müraciət edib və sənədlərin yığılması üçün məktub göndərilib. 2024-cü il oktyabrın 16-da xəstəxana sənədləri ODTKM daxil olub. Oktyabrın 31-də Etika Komissiyasına sənədləri göndərilib. Lakin Etika Komissiyasından Azər Baxşəliyevin transplantasiya əməliyyatı olunmaqdan könüllü surətdə imtina etdiyi bildirilib", - məlumatda bildirilib.

Xatırladaq ki, A.Baxşəliyev yanvarın 5-i poliorqan çatışmazlığı səbəbindən vəfat edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin