Azərdən danışıb, ağladı - VİDEO

Hazırda oxunan: Azərdən danışıb, ağladı - VİDEO

228767

Aktyor İslam Mehrəliyev mərhum həmkarı Azər Baxşəliyevdən danışıb.

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, “İncə səhər” verilişində qonaq olan İslam göz yaşlarını saxlaya bilməyib:

“Bircə dəfə onu kövrələn gördüm. Çay içirdik, telefonuna baxırdı. Bir şəhid uşağını gördü. Telefonla evə səs göndərmişdi. Uşaq atasına deyirdi, gəl, gözləyirəm. Baxdım ki, Azərin gözü doldu. Dedi, uşaq atasını gözləyib, o da şəhid olub, qayıtmayıb. Bu gün Azər öz övladına bunu etdi”.

Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində yerləşdirilib. Yanvarın 2-sində ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi. Mərhum bir neçə gündür süni tənəffüs aparatına qoşulmuşdu.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin