“Bu gecə möcüzənin baş verə biləcəyi son gecədir” - FOTO

Hazırda oxunan: “Bu gecə möcüzənin baş verə biləcəyi son gecədir” - FOTO

228489

“Azər Baxşəliyev hələ də süni tənəffüs aparatındadır”.

Bizim.Media xəbər verir ki, bu barədə aktyorun həmkarı və dostu İlkin Həsəni sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Bu gecə möcüzənin baş verə biləcəyi son gecədir. Dualarımız dayanmayacaq, ümidimiz sönməyəcək”, - aktyor qeyd edib.

Xatırladaq ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev yanvarın 1-i günorta saatlarında koma vəziyyətində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına çatdırılıb.

Daha sonra isə xəstəxana onun ölümü ilə bağlı xəbər yayıb. Daha sonra isə həkimlərin səyi ilə ürək fəaliyyətinin bərpa olunduğunu, süni tənəffüs aparatına qoşulduğunu açıqlayan ikinci məlumat yayılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin