Rəqqasə Fatimə Fətəliyeva daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl adından dələduzluq edilən sənətçi sosial şəbəkədə paylaşım edərək bunları yazıb:
"Hörmətli cənab nazir Vilayət Eyvazov, son vaxtlar sosial şəbəkələrdə mənim və digər tanınmış şəxslərin adından istifadə edilərək insanları aldatmağa cəhd edən şəxslərin artdığı müşahidə olunur. Bu, təkcə mənim deyil, bir çox şəxsin adının və nüfuzunun qanunsuz şəkildə istifadə olunmasına səbəb olur və eyni zamanda insanları maddi və mənəvi zərərə uğradır. Bu vəziyyətin qarşısını almaq və günahkarların qanun qarşısında cavab verməsi üçün sizdən xahiş edirəm ki, bu məsələ ilə bağlı aidiyyəti tədbirlər görülsün. Belə hallar vətəndaşlar arasında inamsızlıq yaradır və həmçinin cəmiyyətə mənfi təsir göstərir".
Qeyd edək ki, bundan əvvəl Əməkdar artist Sənubər İsgəndərlinin, rəqqasə Rəna Ağamuradova (Renka), aparıcı Mətanət Əliverdiyeva, İlkin Həsəni, aktrisa Pərvin Abıyevanın da başına bənzər hadisə gəlib.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
23:12 / 03.01.2025
Fatimə nazirə müraciət etdi
Hazırda oxunan: Fatimə nazirə müraciət etdi
Hazırda oxunan: Fatimə nazirə müraciət etdi
228387
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.