"Bəniz" kimi tanınan tiktoker Aybəniz Xəlilova haqqında yenidən həbs qərarı verilib.
Bizim.Media "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun barəsində 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak tələb etməklə törədildikdə və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə əlavə ittiham elan edilib.
Prokurorun təqdimatı və zərərçəkmişin vəsatəti əsasında "Bəniz" barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.
Xatırladaq ki, o, sevgilisini 836 min manat pul tələb edərək, şantaj etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdi.
Onun barəsində əvvəllər həbs, bir neçə gün sonra isə ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.
Tiktokerin əməlindən zərərçəkmiş Xalid Kərimov hüquq-mühafizə orqanlarına müraciət edərək, işin yenidən nəzarətə götürülməsini xahiş etmişdi.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
23:36 / 27.12.2024
“Bəniz” bu dəfə məhkəmə zalında həbs olundu
Hazırda oxunan: “Bəniz” bu dəfə məhkəmə zalında həbs olundu
Hazırda oxunan: “Bəniz” bu dəfə məhkəmə zalında həbs olundu
227381
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.