"Kişi toyunda oynamaq olmaz"

Hazırda oxunan: "Kişi toyunda oynamaq olmaz"

226663

Xalq artisti Alim Qasımov toylarda mahnı oxuyub, aynamağı tənqid edib.

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, xanəndə bu haqda "Rəngarəng" verilişində danışıb.

O bildirib ki, oxuyarkən kiminsə rəqs etməsini xoşlamır: "Qadın toyları gəlib keçdi kişi toyuna. Klarnet, nağara var, onlarla oynamaq olar.

Oxumaqla oynamaq olmaz. Qadın toyuna yaraşır, kişi toyuna yox. Mən oxuyum, o oynasın? Elə şey var? Mən dözmərəm. Pul da versə dözmərəm. Nəyinsə xatirinə bir-iki mahnı oxuyaram. Qadın toylarında musiqi aləti çalırdılar, qadın oxuyanları isə aparıcılıq edirdi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin