"Gənc Tamaşaçılar Teatrında işləyirdim. Maaşa görə çətin idi. Ailə ilə dolanmaq olmurdu. Dedim ki, televiziyaya əl atım. Gördüm ki, teatrın planları ilə uyğun gəlmir. Teatrdan uzaqlaşdım. "Bu şəhərdə" oldu teatr. Heç də əziyyəti teatrdan dala qalmır".
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Rafael İsgəndərov "Üzləşmə" yutub layihəsində deyib. Aktyor teatrdan uzaqlaşmasının səbəbini açıqlayıb:
"Vaxt çatmır. Teatrlardan dəvət aldıq. Gördük ki, həmin qazancla olmur. Gərək "Bu şəhərdə"ni itirərdik. Teatrda o maaş yoxdur. Xalq artisti teatrda işləyir və toylara gedirsə, deməli, ona ehtiyacı var. Kateqoriyasına görə aktyor universiteti bitirir, gəlir teatra, "Bu şəhərdə"nin keçdiyi yolu keçir.
Biz də teatrda işləyəndə 4 Şirvan 9 Məmmədə dolanmırdıq. Kosa-Keçəl, Şaxta baba, şənliklərdə siçan, pişik oynayan, klounadaya gedən olub. Mən də getmişəm. Teatrda işləyəndə tamadalıq da edirsən, başqa iş də görürsən. Mən teatrdan incidim getdim. Sonra doğma teatrıma qayıtdım və müqavilə ilə işlədim. Sonradan mən də, Coşqun Rəhimov da teatra dəvət aldıq. Bizim adımızı vuracaq, özü qazanacaq. Bəs, mən də qazanmaq istəyirəm".
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
06:15 / 20.12.2024
"Xalq artisti toya tamada kimi gedir"
Hazırda oxunan: "Xalq artisti toya tamada kimi gedir"
Hazırda oxunan: "Xalq artisti toya tamada kimi gedir"
226114
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.