Zülfiyyə-Telli DAVASI böyüyür

Hazırda oxunan: Zülfiyyə-Telli DAVASI böyüyür

225670

Bir müddət əvvəl aşıq Telli Borçalı ilə aşıq Zülfiyyə arasında qalmaqal yenidən alovlanıb. Aşıq Zülfiyyənin onun haqqında yenidən danışdığını eşidən aşıq Telli həmkarına sərt mesaj ünvanlayıb: "Sənin başın üçün deyil mənim barəmdə danışasan. Neçə dəqiqə haqqımda danışmısan. Mən sənin haqqında o qədər danışsam, yer yerindən oynayar. Sus”.

Aşıq Telli həmkarının keçmişi ilə bağlı nə bilir?

Bizim.Media xəbər verir ki, o, Qaynarinfo-ya açıqlamasında bildirib ki, aşıq Telli nə istəyir danışa bilər:

"Kim nə istəyir danışa bilər, vecimə deyil. Mən öz işimdəyəm. Hamı deyir ki, bu paxıllıqdan başqa bir şey deyil. Mən nə deyim? Sual veriblər, mən də cavablamışam, kimisə təhqir etməmişəm. Kiminsə atasına-anasına söyməmişəm. Nə həddimə, olanı demişəm, vəssalam.

Adama deyərlər ki, soğan yeməmisənsə, için niyə göynəyir? Qoy danışsın, jurnalistlər də sağ olsunlar. Tez-tez efirə çağırsınlar, ürəyini boşaltsın, yazıqdır. Ətrafında adam qalmayıb, hamı dağılıb. Ürəyini kimə açsın, neyləsin? Məcburdur".

Qeyd edək ki, aşıq Zülfiyyə bir müddət əvvəl açıqlamasında aşıq Tellidən danışıb: "Aşıq Telliyə sazımı etibar etmərəm. Həmişə gəlir bizim restorana yeyir, sonra da sazını unudub gedir. Zəng edir ki, sazım orada qalıb".

Aşıq Zülfiyyənin bu fikirləri Aşıq Tellinin xoşuna gəlməyib və o, qarşı tərəfi sərt tənqid edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin