Müğənni Elnur Məmmədov toyların birində üzləşdiyi xoşagəlməz hadisəni ellə bir edib.
Bizim.Media olay-a istinadən xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu “İzzət şou” verilişində danışıb.
Elnur bildirib ki, onu özündən çıxaran hadisəyə səbəb məclisdə mikrofonunun düzgün işləməməsi olub:
“Hamı bilir ki, mən canlı oxumağa qadir bir müğənniyəm. Məclislərin birində çıxış edirdim.
Musiqiçilər arasında belə bir hal yaranıb. Oxuyanda dedim ki, mikrofonun səsini artırın. Bunu isə toyda olan səs rejissoruna deyil öz işçilərimə dedim. Amma mikrofona səs verilmədi. Necə səhnədə əsəbiləşdimsə səsim dayandı.
Oxumaq istəsəm də əsəbdən səsim çıxmadı. Bu hadisədən sonra özümə söz verdim ki, əgər mən tədbir və ya məclisdə canlı oxuyacağamsa öz səs rejissorum, musiqiçilərim olacaq. Burada söhbət aparatdan getmir. Başqa bir müğənni o aparatı idarə edənə tapşırılıb ki, məndən başqa oxuyan ifaçının səsi mikrofondan çıxmayacaq. Bu artıq müğənnilərdən olan paxıllıqdır. Bunu da heç kimə inandıra bilmərsən ki, burada günah müğənnidə deyil, aparat buna imkan vermir. Hər kəs də kənardan baxanda elə düşünür ki, müğənnin səsi işləmir, oxuya bilmil. Amma bu elə deyil”.
Bizim.Media