Əməkdar artist kliniki ölüm keçiribmiş – VİDEO

Hazırda oxunan: Əməkdar artist kliniki ölüm keçiribmiş – VİDEO

224461

Əməkdar artist Firuzə İbadova kliniki ölüm keçirdiyini açıqlayıb. 

Bizim.Media “olay.az”a istinadən xəbər verir ki, bu haqda sənətçi ARB TV-də yayımlanan “Pərvizə görə” verilişində danışıb. 

F.İbadova bildirib ki, çəkilişlərin birində halı pisləşib və yerə yıxılıb: 

“Kliniki ölüm keçirdim. Çəkiliş idi. Ramazan ayı idi. Müğənni Xatun dedi ki, yanımızda siz də olun. Ölməyim ani oldu. Stress keçirirdim, psixoloji düşüncələr yaranmışdı. Çox qapalı insanam. Hər şeyi qapayıram və qapıları örtürəm. Əlimi masaya qoymaq istədim, əlim çatmadı və yıxıldım. Yaxşı ki, başım dəmir seyfə dəymədi. Yoxsa öləcəkdim. Təcili Yardım çağırdılar. Təxminən 5 dəqiqədən sonra ayıldım. Uşaq, böyük insan ayaqları görürdüm. Otluqda insanlar gəzirdi”. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin