Xalq artistimiz fəxri adından MƏHRUM EDİLİR?

Hazırda oxunan: Xalq artistimiz fəxri adından MƏHRUM EDİLİR?

223092

Xalq artisti Ağadadaş Ağayevin mühafizəçi ilə mübahisəsindən sonra başladılan məhkəmə prosesi onunla bağlı bəzi məsələləri gündəmə gətirib. Hazırda məhkəmə prosesi davam edir.

Lakin sosial şəbəkələrdə aparılan müzakirələrdə diqqətçəkən məqam, proses fonunda müğənninin “xalq artisti” titulunun ondan alınması təklifidir. Belə bir şey mümkündürmü?Ümumiyyətlə sənət adamlarından hansı halda “xalq artisti” titulu alına bilər?

Bizim.Media globalinfo-ya istinadən xəbər verir ki, cinayət törədən şəxslərin titulu əlindən alına bilər.

Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 15-ci bəndinə əsasən fəxri ada layiq görülmüş şəxslərdən bu titullar aşağıdakı hallarda alına bilər:

1. Fəxri ad almış şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda – həmin şəxsin məhkum olunması barədə hökmün surəti və məhkəmənin təqdimatına əsasən;

2. Fəxri ad almış şəxs onu ləkələyən xata törətdikdə - fəxri adın verilməsi haqqında təqdimat vermək hüququ olan orqanın təqdimatına əsasən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məhrum edilir”.

Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayev Binəqədidə yerləşən özəl tibb müəssisəsinin gözətçisiylə mübahisə edib. Mübahisə zamanı müğənni əlindəki baltanı mahafizəçiyə atıb və hədəfdən yayınan balta yaxınlıqda olan qadının ayağına xəsarət yetirib. Müğənni ilə mühafizəçinin hər ikisinə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq - 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib. İnsidentlə bağlı məhkəmə prosesi davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin