“Əvvəlcə anamı iki ay sonra bacımı itirdim” - VİDEO

Hazırda oxunan: “Əvvəlcə anamı iki ay sonra bacımı itirdim” - VİDEO

223029

“İtirdiklərim sadəcə əzizlərim olub. Onları üçün darıxıram. Olsaydılar onlarla sözlərimi bölüşərdim. Onlar – anam, bacım, atam... (ağlayır)”.

Bizim.Media olay-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli qonaq olduğu “Qonaqcanlı” verilişində deyib.

Ailə üzvlərindən söz açan sənətçi göz yaşı içində bildirib ki, 9 il əvvəl öncə anasını iki ay sonra isə bacısını itirib: “Bacımın övladı artıq böyüyüb. O artıq Dövlət İdaretmə Akademiyasına daxil olub. Bacım vəfat edəndə onun 10 yaşı var idi. İndi isə o artıq universitet tələbəsidir. Əlbətdə ki, mənim əlim hər zaman onun üzərindədir. Elimizin, xalqımızın İkinci Vətən müharibəsi zamanı elə gənc övladlar həlak oldular. Sözün düzü onlardan sonra insan öz ölüsünü ağlamağa utanır.

Amma yenə də əzizlərimiz elə əzizdir.

Bizim acımız övladını Vətən uğrunda itirmiş anaların acılarının yanında toy, bayrama getməlidir. Bacımın iki övladı var. Biri 2002-ci ildəndir, digəri isə 2006-cı ildən. İkisi də təhsil alır.

Uşaqlara ən yaxın xaladır. Anam bacımdan iki ay əvvəl dünyasını dəyişdi. Anam necə onlara dəstək ola bilərdi ki... Hər ikisinin vəfatından artıq 9 il keçib.

Mənim üçün bu 9 il elə bir dünən iid. Yenə deyirəm ki, dünyada və ölkəmizdə elə hadisələr baş verdi ki, pandemiya, müharibə... Bizim dərdlərimiz ikinci plana keçdi. Amma hər kəsin dərdi özü üçündür”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin