Məşhur müğənni və əməkdar artist Vasif Məhərrəmlinin canlı yayımda halı pisləşib.
Bizim.Media xəbər verir ki, "Günə bax" verilişinə gələn müğənni proqramı yarımçıq tərk edib.
Aparıcı Zülfiyyə Bayramova müğənninin vəziyyəti ilə bağlı məlumat verərək, "Vasifin 40 dərəcə hərarəti var və təzyiqi 170-ə qalxıb. Buna görə də verilişi tərk etməli oldu" söyləyib.
Vasif Məhərrəmli isə verilişi tərk etdikdən sonra klinikaya getdiyini bildirib.
Bizim.Media