"Həyatımın 27 ilini ona həsr etdim" - Firuzə İbadova

Hazırda oxunan: "Həyatımın 27 ilini ona həsr etdim" - Firuzə İbadova

222535

"Dünyaya sevmək üçün gəlmişik. Bir dəfə efirdən övladıma da demişdim ki, səni çox sevirəm. Gözümü açanda da, yumanda da istəyirəm səni görüm".

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova "Qonaqcanlı" verilişində deyib. Müğənni sevgidən danışıb:

"Bəxtim var, gözəl və ağıllı övladlarım var. Xanım kimi də çox xoşbəxtəm".
 

Mərhum duet ortağı Cavanşir Məmmədovdan danışan F.İbadova "O, Azərbaycanda çalışan və mükəmməl musiqiçi idi. Çox gənclərə dəstək idi. İllərlə bərabər çalışmışıq. Hərdən elə düşünürəm ki, həyatın qanunu budur.


Sənətə 1970-ci illərdən gəlmişdim. 1996-cı ildən Cavanşir Məmmədovdan və xanımından dəvət aldım. Sənətimin 27 ilini ona həsr etdim. Birlikdə dövlət tədbirlərinə, şənliklərə qatıldıq" sözlərini əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin