Natavan bacısını AXTARIR

Hazırda oxunan: Natavan bacısını AXTARIR

222252

Müğənni Natavan Həbibi atasının birinci evliliyindən olan qızını axtarır. 

Bizim.Media “axşam.az”a istinadən xəbər verir ki, bu haqda sənətçi "Zaurla Günaydın" verilişində danışıb. 

O bildirib ki, bacısı Argentinada yaşayır və illərdir onu görməyib. O, aparıcı Zaur Baxşəliyevə "Bizimləsən" verilişində bacısını tapmasını deyib: 
 

"Anamla ailə qurmamışdan əvvəl onun bir ailəsi olub. Onun ilk evliliyindən isə bir qızı doğulub. Atam anamdan ayrılandan sonra yenidən o, ailəsinə qayıtmışdı. O qadın rus idi. Ögey bacım hazırda Argentinada yaşayır. Bizim onunla heç bir münasibətimiz yoxdur. Heyfslənirəm ki, niyə biz belə böyümüşük, çünki qohumlarımız arasında atanın bir keçmiş, bir də indiki ailəsi olan var.


Uşaqları var və onlar bir yerdə böyüyürlər. Mən hər zaman istəmişəm ki, biz ünsiyyət quraq. Onu axtarmışam. Onun adı Alla Muradovadır. O istəsəydi, özü bizi tapardı. O, hər zaman bizi özündən qovurdu, istəmirdi bizimlə münasibəti olsun. Amma mən hər zaman istəmişəm ki, böyük bacı kimi bizə yaxın olsun". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin