“Yəqin ki, vaxtı gəlib çatıb ki, bzi qərarları özümüz verək, xarici vətəndaşlar, xarici fokus qruplar yox. İndən sonra mahnı seçimində, obraz seçimində, bir çox şeylərin seçimində söz üstünlüyü daha çox Azərbaycanda olsun.
Bəli, mən dünya təcrübəsini, “Avroviziya”nın istiqamətini və s. başa düşürəm, amma yəqin ki, bugünkü nəticə bizə bir daha siqnal oldu ki, biz bir az texnologiyanı dəyişməliyik”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva İTV-nin “Sabaha saxlamayaq” verilişində “Avroviziya-2021”in finalından sonrakı müzakirələrdə deyib.
MÖVZU İLƏ BAĞLI:
“Avrovizya”dakı mahnı ölkəmizə yaraşmırdı – APARICIDAN İDDİA
Xalq artisti “Avroviziya”da Azərbaycanı yalnız bir şərtlə təmsil edə biləcəyini də qeyd edib:
“Mənə deyirlər ki, siz getmək istəyərsinizmi? Mən çox açıq söz deyirəm – Azərbaycan nə vaxt birinci yeri istəsə və o zaman o il mənə düşsə, mən qaça-qaça gedərəm. Bilərəm ki, mən birinci yeri gətirəcəyəm. Çox açıq şəkildə deyirəm”.
Qeyd edək ki, “Avroviziya-2021”də Azərbaycanı “Mata Hari” mahnısı ilə təmsil edən Samirə Əfəndi 20-ci pillədə qərarlaşıb.
Bizim.Media