Ağadadaş Ağayevlə bağlı QƏRAR VERİLDİ

Hazırda oxunan: Ağadadaş Ağayevlə bağlı QƏRAR VERİLDİ

220711

Müğənni, Xalq artisti Ağadadaş Ağayevin ölkədən çıxışına müvəqqəti qadağa qoyulub.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar verilib.

Qərara əsasən, Dövlət Vergi Xidmətinin (DVX) Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsinin iddiası təmin edilib və müğənninin Azərbaycandan çıxışına müvəqqəti qadağa qoyulub. Yalnız vergi borcları ödəndikdən sonra DVX həmin qadağanı aradan qaldıra bilər.

Qeyd edək ki, bir neçə gün əvvəl Ağadadaş Ağayevin ölkədən çıxışına qadağa qoyulması üçün barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırılması ilə bağlı xəbər verilmişdi. Belə ki, müğənniyə məxsus "Ağadadaş" MMC-nin dövlət büdcəsi və fondlara borcu yaranıb. Sənətçi bu borcları vaxtında ödəmədiyi üçün Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi onun ölkədən çıxışına qadağa qoyulması haqqında Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin