"Düşünürdüm, Zaur yaxınlaşsa, mütləq bunu deyəcəyəm" - VİDEO

Hazırda oxunan: "Düşünürdüm, Zaur yaxınlaşsa, mütləq bunu deyəcəyəm" - VİDEO

219559

Aparıcı Zaur Kamal illər sonra Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Jony (Cahid Hüseynli) ilə əlaqə saxlayıb.

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, o, aparıcılığını etdiyi "Həmin Zaur" proqramında sənətçiyə zəng edib.

İlk olaraq Zaurun onunla birlikdə aparıcılıq edən oğlu Bartu Jony ilə söhbət edərək qarşıdakı aylarda ondan müsahibə almaq istədiyini bildirib.

Sənətçi isə 14 yaşı olarkən "Ay Zaur" proqramında Zaur Kamalla olan söhbətini xatırlayaraq bunları deyib:
 

"O vaxt "Ay Zaur" şousuna gedəndə düşünürdüm, Zaur mənə yaxınlaşsa, mütləq deyəcəyəm ki, mən müğənni olmaq istəyirəm. Uğurlu oldu".


Jony daha sonra əmisi Xanhüseyn Hüseynovun “Sən şamsan əgər” mahnısını canlı ifa edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin