"Bunların heç birinə kişilər dözməzdi" - Nazpəri Dostəliyeva

Hazırda oxunan: "Bunların heç birinə kişilər dözməzdi" - Nazpəri Dostəliyeva

218389

Xalq artisti Nazpəri Dostəliyeva "Xəzər axşamı" verilişində qonaq olub.

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, sənətçi proqramda illər əvvəl "Leyli Məcnun" tamaşasında "Leyli" obrazı üçün təklif aldığını, lakin qəbul etmədiyini bildirib:
 

"İllər əvvəl peşəkar səhnəyə gələn kimi rejissor tərəfindən operaya dəvət almışdım. Aylarla məşq etmək lazım idi. Vaxtım da məhdud olduğuna görə çatdıra bilməzdim. Çünki peşəkar səhnəyə gəldiyim il universitetə daxil oldum, evdəki problemləri həll etdim, konsertlərim çoxaldı və yükləndim".


Sənətçi aparıcının "Kaş ki, həyata kişi kimi gələrdim" ifadəsini işlətmisinizmi sualına isə "Bu sözü heç vaxt deməmişəm. Çünki bizim həyatda dözdüyümüz hadisələrin heç birinə kişilər dözməzdi" cavabını verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin