Dilarə Əliyeva: "Oqtay, məni nə vaxt dəvət etsən, gələcəyəm!"

Hazırda oxunan: Dilarə Əliyeva: "Oqtay, məni nə vaxt dəvət etsən, gələcəyəm!"

218024

Əməkdar artist Dilarə Əliyeva bir müddət hazırlaşdığı "Mintonasiya" adlı "stand-up" şousunu başa vurub.

Bizim.Media olay.az-a istinadən xəbər verir ki, ötən gün Heydər Əliyev Sarayında keçirilən tədbirdə aktrisa həm güldürüb, həm də kövrəldib.

Mərhum həyat yoldaşı Oqtay Əliyevdən söz açan sənətçi bunları söyləyib:

"Biz bu konsertə hazırlaşarkən qohum-əqrəbaya bilet göndərdik. Gördük ki, hamıya dəvətnamə göndərmişəm. Bir nəfərdən başqa… Əminəm ki, o burdadır, məni eşidir və bəlkə də məni gözləyir. Bu gün həm də ad günümdür və o, mənə ürək sözlərimi bildirmək istəyir. Oqtay düz danışan adam idi, mən də burada düz danışmağa çalışdım. Əgər nəyisə düz demədimsə, Oqtay, sən məni bağışla. Bağışla ki, səni dəvət edə bilmədim. Amma sən məni nə vaxt dəvət eləsən, mən gələcəyəm. Bura təşrif buyuran, bu gün mənə inanıb, yanımda olan hər kəsə təşəkkürümü bildirirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin