Dilarə Əliyevadan ilk dəfə anası ilə bağlı paylaşım - VİDEO

Hazırda oxunan: Dilarə Əliyevadan ilk dəfə anası ilə bağlı paylaşım - VİDEO

218011

Əməkdar artist Dilarə Əliyeva ilk dəfə anası ilə bağlı paylaşım edib.

Bizim.Media olay.az-a istinadən xəbər verir ki, aktrisa Lətifə xanımın konsertdən sonrakı məclisdə ona dediyi ürək sözlərini paylaşıb:

“Dilarənin o qədər gözəl qəlbi var. Əl atdığı yerə heç vaxt xain baxmaz. Oqtaydan çox şey götürdü. Öz qavrayışı, öz biliyi…. Bu günü səbrsizliklə gözləyirdim. Deyirdim, Allah, bu yükün altindan qalxsın…

Deyirəm, Dilarənin yerində olsaydım, 3 gün yatıb evdən çıxmazdım ki, rahat olum. Ad günün mübarək, Dilarə. Oqtaydan sonra çox pis oldum. Elə indi də. Hər gün ayağa durmağım Oqtayla başlayır, gecə yatmağım da onunla bitir. Özümü toxtayıram. Dilarənin yükü ağırdır, iki balası var. İşi çətindir, qoy, bunların öhdəsindən gəlsin. Maşallah da bunu bacarır. Özüm kimi dözümlüdür. Nə yaxşı ki, onu oxutmuşam.

Mən fəhlə olmuşam, savadım olmayıb. Rəhmətlik ərim də uşaqlarını sevərdi, istəyərdi ki, oxusunlar. Dördü də oxudu, ali təhsil aldı. Balalarımın hamısına qurban olum”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin