“Elgizlə izlə” verilişində ilk dəfə müğənni Rahidə Baxışovanın oğlu ilə qızının fotoları nümayiş olunub.
Bizim.Media ”olay.az”a istinadən xəbər verir ki, sözügedən proqramda qonaq olan sənətçi övladlarının şəkillərinin efirdə nümayiş olunmasından əsəbiləşib.
Rahidə Elgizə müxtəlif üz ifadələri uşaqlarının fotolarını göstərməməsini xahiş edib. Buna onların üzdə olmaq istəməməsini səbəb kimi göstərib.
Baxışova verilişin gedişatında onun ünvanına sosial şəbəkədə yazılan “Siz niyə qocalmırsınız? ” şərhinə sərt reaksiya verib:
“İnstaqramda yazılan bu kimi şərhlər mənə o qədər pis təsir edir. Cavab verirəm ki, sizin nəyinizə lazımdır cavanam yoxsa qoca. Axı niyə mənim qocalmağımı isyəyirsiniz? Hər yaşın öz gözəlliyi var. Yaşımızın üstünə yaş gəlsin amma ruhən, düşüncələrimiz sağlam olsun. Hər zaman gənc olaq”.
Qeyd edək ki, R. Baxışova iki dəfə ailəli olub. İfaçı verilişlərin birində bildirib ki, oğlu ilə qızının arasında 12 yaş fərq var.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:20 / 24.10.2024
Rahidənin heç yerdə görmədiyiniz övladları – VİDEO
Hazırda oxunan: Rahidənin heç yerdə görmədiyiniz övladları – VİDEO
Hazırda oxunan: Rahidənin heç yerdə görmədiyiniz övladları – VİDEO
217552
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.