“Avroviziya-2019” mahnı yarışmasının qalibi və şənbə günü finalda çıxışı planlaşdırılan Dunkan Lourens koronavirusa yoluxub.
Bizim.Media “eurovision.tv”yə istinadla xəbər verir ki, müğənninin koronavirus testi müsbət çıxıb. Onda koronavirusun simptomları aşkar edilib.
Təcrid edilən müğənninin Rotterdamdakı “Ahoy” salonunda canlı çıxışı təxirə salınıb. Onun təmasda olduğu insanlar da artıq test verib.
"Duncan çox məyus oldu, bu çıxışı iki ildir gözləyirdi. Hələ 22 May Şənbə günü finalda olacağından çox xoşbəxt idi",-deyə icraçı prodüser Sietse Bakker vurğulayıb.
Qeyd edək ki, “Avroviziya”da “COVID-19”la bağlı sağlamlıq və təhlükəsizlik protokolunun şərtlərinə görə, məkan ətrafında işləyənlərin hamısı 48 saatdan çox olmayaraq test verir.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:45 / 20.05.2021
“Avroviziya” mahnı yarışmasının iştirakçısı koronavirusa yoluxdu - FOTO
Hazırda oxunan: “Avroviziya” mahnı yarışmasının iştirakçısı koronavirusa yoluxdu - FOTO
Hazırda oxunan: “Avroviziya” mahnı yarışmasının iştirakçısı koronavirusa yoluxdu - FOTO
21752
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.