Afət Fərmanqızıdan Vəfaya CAVAB: “Mən “akula”larla vuruşmuşam, o kimdir ki?"

Hazırda oxunan: Afət Fərmanqızıdan Vəfaya CAVAB: “Mən “akula”larla vuruşmuşam, o kimdir ki?"

215611

Xəbər verdiyimiz kimi müğənni Vəfa Şərifova həmkarı Afət Fərmanqızını məhkəməyə verib. Bu barədə o, "Rəngarəng" verilişində danışıb.

Vəfa bu addımı Afətin sosial mediada onun ünvanına səsləndirdiyi fikirlərə görə atdığını söyləyib:

"Bəli, Afəti məhkəməyə vermişəm. Bu mövzu haqqında çox danışmaq istəmirəm. İş məhkəmədədir. Elə mövzular bu verilişdən başlayıb. Ailəmə və mənim şəxsiyyətimə söyüş, təhqir olub. O dövrdə belə məhkəməyə müraciət etmədim. İndi görün hanı həddə gəlmişəm ki, məhkəməyə müraciət etmişəm. Buraya sosial şəbəkələrdəki canlı yayımlar, paylaşımlar, səhifələrdə yayılması, bir sözlə çox şey daxildir".

Səslənən fikirlərlə bağlı ifaçı Afət Fərmanqızı ilə əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, kimisə məhkəməyə vermək Vəfanın Konstitusion hüququdur:

“Amma o məni məhkəməyə verməyib. O sadəcə hər kəsi və medianı aldadır. Özünüz bilirsiniz ki, o məni məhkəməyə vermiş olsa idi, mənə məhkəmədən bildiriş gəlməliydi ki, filankəs filan səbəbə görə sizi məhkəməyə verib. Amma mən məhkəmədən hər hansı bir bildiriş almamışam. Bu da onu sübut edir ki, məni məhkəməyə vermək onun başı üçün deyil”.

Müğənni onu da qeyd edib ki, o “akula”larla vuruşub:

“Xalq artisti ilə uzun məhkəmə çəkişməm olub. Onların fonunda Vəfa kimdir ki?! Onun məni məhkəməyə verməyə nə savadı, nə də məntiqi yetərli deyil. Bu söhbət 3 ay əvvəl ortaya çıxıb. Bu da onun öz fikri deyil, arxasında duranlarının ideyasıdır. Vəfanı buna məcbur edən 2 nəfərdir. Əgər Vəfa məni məhkəməyə versə, o zaman o iki nəfərin adını açıqlayacam”.  

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin