"Fikrimcə, bir nəfər konkret mənimlə düşmənlik aparır. Bu yolla gündəmə gəlmək istəyir. Susmağım o aciz bəndəni narahat edir. Amma artıq "Instagram"da deyil, üz-üzə görüşüb həddini bildirməyin vaxtıdır".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu sosial şəbəkə hesabında həmkarı Vəfa Şərifova haqda yazıb.
O, statusa bunları da əlavə edib:
"Bir də ki, başsız, sahibsiz qadına qadın demirlər. Qadında abır-həya yaxşı şeydir. O, hər murdarlığa əl atır. Öz doğmamın üzərindən mənə söz atıb gündəmə gəlmək istəyən, səninlə tezliklə görüşəcəyik.
Sən "qaşındın", səni təkbətək "qaşımalı" olacam. Səbirli ol. Bu günə qədər yazığım gəldiyi üçün susdum. Amma sən həddini aşdın.
Adama deyərlər, sən kimin dərdini çəkirsən? Cəsarətin varsa, çıx qarşıma. Çoxu düşünür ki, onunla söhbətim kiminsə üstündədir. Yox, dostlar. Mənim həyat yoldaşım onu heç tanımır və üzünə də baxmaz.
Burada söhbət hansısa kişidən getmir. Bunu "qaşındıran" başqa şey olmalı. Əl çək! Şeytan sifətini hamıya bildirdin. Bəsdir, əlimdə öləcəksən. Qaçma, çıx qarşıma".
Qeyd edək ki, V.Şərifova Şəbnəmə replika ataraq onun ünvanına sərt sözlər yazıb. Hətta o, həmkarını qəfil dünyasını dəyişən "Media show" menecerlik şirkətinin rəhbəri Ceyhun Əsədovu şərləməkdə günahlandırıb.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
05:10 / 17.05.2021
Şəbnəmdən Vəfaya sərt sözlər: "Ərim sənin üzünə də baxmaz"
Hazırda oxunan: Şəbnəmdən Vəfaya sərt sözlər: "Ərim sənin üzünə də baxmaz"
Hazırda oxunan: Şəbnəmdən Vəfaya sərt sözlər: "Ərim sənin üzünə də baxmaz"
21330
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.