Müğənni Şəbnəm Tovuzlunun qızı Günel nişanını qaytarıb.
Bizim.Media “olay.az”a istinadən xəbər verir ki, bununla bağlı sənətçi qonaq olduğu “Rəngarəng” verilişində məlumat verib.
Şəbnəm bildirib ki, qızı ilə nişanlısının xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılıblar:
“Toy olmayacaq, çünki Günel istəmədi. O, nişanını qaytardı. Nişan tanışlıq ərəfəsidir. Bunu etmək isə bəri başdan daha yaxşıdır. Qızım oğlanla uşaqlıqdan bir-birini istəyirdi. Onlar bir sinifdə oxuyublar. Oğlan tərəfi bu nişanın olmasını daha çox istəyirdi. Xasiyyətləri uyğun gəlmədi. Bir insan əgər digər insana əsəb verirsə, stres yaşadırsa, göz yaşı tökürsə, demək ki, bəri başdan ayrılmaq lazımdır. Qarşı tərəf əl çəkmədi. “Bir üzük taxaq” dedi… Biz də “tamam” söyləyib, razılaşdıq. Bu “Hə” üzüyü idi.
Qızım çox ağıllı və savadlıdır. Bunu ətrafımdakı insanlar çox yaxşı bilir. O, müasir düşüncəlidir. Bəlkə də onun yerinə mən olsaydım deyərdim ki, nişanı qaytarsam, insanlar nə deyər? Söylədi ki, bizim xasiyyətlərimiz düz gəlmir. Günelin 20 yaşı var. O, böyük şirkətdə çalışacaq. Memarlıq və İnşaat Universitetini bitirib. Onun gözəl əl qabiliyyəti var, bir neçə dil bilir. İnşallah, gələcəkdə Allah onun qarşısına elə bir insan çıxarar ki, o da deyər ki, ana, həyat tamamilə başqadır”.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:35 / 17.09.2024
Şəbnəmin qızının nişanı qayıtdı – FOTO/VİDEO
Hazırda oxunan: Şəbnəmin qızının nişanı qayıtdı – FOTO/VİDEO
Hazırda oxunan: Şəbnəmin qızının nişanı qayıtdı – FOTO/VİDEO
211865
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.