Bu konsertdən maraqlı FOTOLAR

Hazırda oxunan: Bu konsertdən maraqlı FOTOLAR

211571

Müğənni Nuri və Ceynin "Yubanma gəl" adlı solo konsertinin ilk günü baş tutub.

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, Heydər Əliyev Sarayında gerçəkləşən gecənin təşkilatçısı və prodüseri aparıcı Lamiyə Ələkbərova olub.

Gecənin musiqi rəhbəri Əməkdar artist Eldar Məmmədov olub.

Cütlük gecədə repertuarlarında olan mahnıları canlı səsləndiriblər. Müğənni gecədə öz bəstəsi olan bir neçə hit mahnısını da oxuyub. Gecədə bir çox maraqlı məqamlar yaşanıb. Konsertdə Ceyn də öz yox, məhz Nurinin repertuarındakı mahnıları oxuyub.

Ceyn eyni zamanda Nurinin ifası zamanı maraqlı rəqslər nümayiş etdirib.

Anşlaqla keçən gecədə Nuri tamaşaçılarla söhbət edib, onlara sevgisini səsləndirib. Sonuncu dəfə 2019-cu ildə Heydər Əliyev Sarayında səhnəyə çıxan Nuri darıxdığını da gizlətməyib.

İfaçı gecə üçün xüsusi hazırlaşdığını, böyük komanda ilə çalışdığını açıqlayıb.

Qeyd edək ki, bu gün də Nuri və Ceyn Heydər Əliyev Sarayında səhnəyə çıxacaqlar.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin